Xəbər lenti

Goranboyda vətəndaş müraciəti həllini tapdı - Foto

Tarix: 28-03-2024 11:37     Baxış: 1 435

Nərimanlı  kəndində vətəndaşların müraciətləri yerində araşdırıldı və həlli istiqamətlərində müvafiq işlərə başlanıldı.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyəti  Başçısının Nərimanlı kəndində keçirdiyi səyyar qəbulu zamanı, suvarma arxının lil və kos-kosdan təmizlənməsi,  subartezian quyusunun bərpası və təbii qaz xətlərində keçid məsafəsinin hündürləşdirilməsi ilə bağlı, sakinlərin müraciətləri,  rayon İcra Hakimiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən, sakinlərin iştirakı ilə birgə yerində araşdırıldı. Artıq  mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlərin görülməsinə başlanılmışdır. Aparılan işlər rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar