Xəbər lenti
18-11-2024, 12:06
 

“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”

Tarix: 28-03-2024 11:13     Baxış: 686

“Qarşıya qoyulan vəzifələrin lazımi səviyyədə icrası məsələsində xarici tərəfdaşlarla qurulmuş səmərəli və sıx münasibətlər çox böyük önəm kəsb edir”.

Mubarizciler.az xəbər verir ki, bunu “Respublika” qəzetinə müsahibəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev deyib.

“Hazırda Dövlət Təhlükəsizliyi Xidməti dünya ölkələrinin 100-ə yaxın xüsusi xidmət orqanı ilə beynəlxalq terrorçuluğa və onun maliyyələşdirilməsinə, transmilli mütəşəkkil cinayətkarlığa, kəşfiyyat-pozuculuq fəaliyyətinə, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, insan alverinə, qaçaqmalçılığa, kibercinayətkarlığa qarşı mübarizənin aparılması istiqamətində faydalı əməkdaşlıq edir.

Belə ki, MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurası, Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransı, həmçinin digər beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli formatda işgüzar əlaqələr qurulub”, - DTX rəisi vurğulayıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar