Xəbər lenti

Xocalıda itkin düşən şəxsin qalıqları 32 il sonra dəfn olundu - FOTO

Tarix: 27-03-2024 16:08     Baxış: 1 218

Xocalı ərazisində aşkar olunmuş kütləvi məzarlıqdan qalıqları tapılan Mahmudov Akif Seydulla oğlu ilə vida mərasimi keçirilib.

Mubarizciler.az “Trend”ə istinadən xəbər verir ki, Xocalı soyqırımı zamanı itkin düşmüş Akif Mahmudovun qalıqları Ceyranbatana, ailəsinin yaşadığı evə gətirilib.

Burada şəhidlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin yaxınları, Xocalı sakinləri iştirak edib. Şəhidin Xocalıdakı kütləvi məzarlıqda aşkarlanan qalıqları Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, Akif Mahmudov 1962-ci ildə Xocalıda anadan olub. Könüllü özünümüdafiə dəstəsinin üzvü olan A. Mahmudov 30 yaşında, 1992-ci il fevralın 26-sı itkin düşüb. Ailəli olub, 2 oğlu var.









Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar