Xəbər lenti
18-11-2024, 12:06
 

Goranboy rayonundan olan bir qrup Şəhid ailəs Mehriban Əliyevaya müraciət edib - Foto

Tarix: 26-03-2024 23:11     Baxış: 3 129

Şəhid ailələri səhhəti və maddi durumları çox ağır vəziyyətdə olan-QAZİ KƏNAN SƏMƏDZADƏ İLƏ BAĞLI MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT ETDİLƏR.

Goranboy rayonundan olan bir qrup Şəhid ailəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, o cümlədən “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynova müraciət ünvanlayıb.


Müraciətdə deyilir:


“Əzizimiz, dəyərlimiz, Xanımlar xanımı, Analar anası, çox hörmətli Mehriban xanım!

Yazıb Sizə bildirmək istəyirik ki, rayonumuzun, Qəhrəman Goranboyumuzun Qəhrəman övladlarından, İkinci Vətən Müharibəsi iştirakçılarından, Qazilərimizdən olan Kənan Elman oğlu Səmədzadənin səhhəti, vəziyyəti çox ağırdır. İki aya yaxındır ki, Qazimiz ölümlə-qalım arasında həyat mübarizəsi, yaşam mücadiləsi aparır. Demək olar ki, komadan ayıla bilmir, səhhətində heç bir irəliləyiş baş vermir.

Eyni zamanda, Qazimizin ailəsinin maddi durumu çox çətin, ağır vəziyyətdədir. Artıq Qazimizin müalicəsini qarşılamaq gücündə, imkanında deyillər. Müəyyən köməkliklər, yardım, dəstək olunsa da, Qazimizin yenidən ayağa qalxması, yenidən sağlamlığına qovuşması üçün daha güclü, daha ciddi mənəvi və maddi dəstəyə, yardıma ehtiyacları var. Bəlkə də qardaş Türkiyəyə göndərilməsi lazımdır.

İkinci Vətən Müharibəsi iştirakçısı və Qazisi Kənan həm də ailənin tək oğlu, subay və ali təhsillidir. Onun da digər gənclərimiz, Vətən sevdalılarımız kimi xəyalları, arzuları var. Və qeyd etdiyimiz kimi, evin tək oğlu olaraq, həm də ailəsinin ümidi, arxa və dayağıdır.

Ona görə nəinki Azərbaycanımızın, bütövlükdə dünyamızın RƏHM, MƏRHƏMƏT və ŞƏFQƏT SİMVOLU kimi Sizə müraciət edərək, Qazimizin yenidən sağlamlığına qovuşmasına, müalicəsini daha keyfiyyətli şəkildə davam etdirməsinə səlahiyyətləriniz və imkanlarınız daxilində dəstək, köməklik göstərməyinizi xahiş və rica edirik. İnanırıq və əminik ki, belə də olacaq, müraciətimiz nəzərə alınacaq, hər zaman Şəhid ailələrinin və Qazilərimizin birmənalı şəkildə yanında olan bir şəxs kimi Kənan balamızın da yenidən ayağa qalxmasına köməkliyinizi, dəstəyinizi, şəfqətinizi əsirgəməyəcəksiniz.

Öncədən də Sizə öz minnətdarlığımızı və təşəkkürlərimizi bildiririk. Allah Sizi və gözəl ailənizi qorusun!”


(Etikxeber.az)



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar