Deputat şəhid ailəsini ziyarət edib - FOTO
Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda Vətən müharibəsində şəhid olmuş Zrayonun Yolqulular kənd sakini, Qəhrəman Qürbət oğlu Məmmədovun ailə üzvlərinı ziyarət edib.
Ziyarətdə Goranboy rayon İcra hakimiyyəti başçısının müavini, rayon ziyalıları və ağsaqqallar iştrak edib.
Mubarizciler.az xəbər verir ki, deputat və rəsmilər Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin xatirəsi anılıb və Şəhid məzarlarının üzərinə gül dəstələri düzülərək onların xatirəsini ehtiramla yad edilib.
Deputat Azərbaycan Ordusunun zəfərindən və bütün dünyanı heyrətləndirən Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarından danışıb. Şəhid ailələrinin qayğılarını dinləyən A.Məmmədov bildirib ki, Vətən, torpaq uğrunda şəhidlərimizlə yanaşı onların valideynləri də hər birimiz üçün əzizdirlər. Bu qəhrəman oğulların vətənpərvər ruhda tərbiyə olunmasında onların valideynlərinin rolu çox böyük olub.
Ali Baş Komandan Prezident cənab İlham Əliyevin şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğısından danışan Anar Məmmədov bildirib ki, bundan sonra da dövlətimiz şəhidlərin adını uca tutacaq və onların ailə üzvləri hər zaman dövlətimizin qayğısı ilə əhatə olunacaqlar.
Sonda şəhid atası onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib.
Xəbəri paylaş