Xəbər lenti

Goranboyda ödəmə terminalından oğurluq edən şəxslər saxlanılıblar - FOTO

Tarix: 22-03-2024 15:30     Baxış: 1 519

Goranboyda ödəmə terminalından oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mağazaların birində yerləşən ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri, Elxan Hacıyev və Ziyad Namazov saxlanılıblar. Araşdırmalarla həmin şəxslərin mağazadakı ödəmə terminalını sındıraraq 9 161 manat oğurladıqları məlum olub.

Bundan başqa RPŞ əməkdaşlarının son bir həftə ərzində keçirdikləri digər tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan iki, odlu silah saxlayan bir və digər cinayətlər törədən 10 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindən iki ədəd “PQ-7” markalı raket, bir ədəd əl qumbarası, iki ədəd tüfəng, üç ədəd avtomat və çoxlu sayda müxtəlif çaplı patron aşkar olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar