Xəbər lenti
18-11-2024, 12:06
 

Şamxal Həsənov: Mədəniyyət paytaxtımız olan Şuşada və azad Qarabağımızda Novruz tonqalları qalanır

Tarix: 22-03-2024 02:03     Baxış: 2 401

"Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

Ulu Öndər Heydər Əliyev.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan bayramlardandır. Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirmişdir. 

Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər sevinci ilə yanaşı, separatçı rejimin süqutu - müqəddəs bayrağımızın Xankəndidə dalğalanmasını qüruru ilə qarşılayır. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində Xalq - qalib Lider seçiminin qələbə sevinci ilə qeyd edib. Azərbaycan tarixində Qarabağ Fatehi Böyük Qayıdışın Müəllifi adını qazanan, ölkəmizin bütün ərazisində suverenliyimizin tam bərpası kimi tarixi vəzifəni yerinə yetirən və prezidentliyinin yeni mərhələsinə qədəm qoyan dövlət başçımız cənab İlham Əliyevə, eləcə də bu çətin yolda yaxın sirdaşı və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün Goranboylular  adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük nemət olan cansağlığı, fədakar zəhmətlərinə uğurlar diləyirik.

Hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişafına, Zəfər yolumuzun davamına, azad Qarabağa Böyük qayıdışımıza rəvac verir. Xalqımız bu tərəqqinin təminatını möhtərəm dövlət başçımız Prezident İlham Əliyev cənablarının qətiyyət və möhkəm iradə ilə yeritdiyi müzəffər dövlət siyasətində, müdrik islahatlarda, Qarabağda abad həyat quruculuğunda görür. Dövlət rəhbərimizin milli-mənəvi dəyərlərimizə, səhiyyəmizə, mədəniyyətə və təhsilimizə ehtiramlı münasibəti bu gün Qarabağda əsarətdən azad olunmuş ərazilərimizdə  möhtəşəm quruculuq işlərində öz yüksək təzahürünü tapır. Mədəniyyət paytaxtımız Şuşada və azad Qarabağımızda Novruz tonqalları qalanır. Bu gün Xankəndinin mərkəzində alovlanan Novruz tonqallarında bizə, bütün xalqımıza bayram sevincini yaşatdığına görə xalqımızın və qəhrəman ordumuzun qalib sərkərdəsinə dərin minnətdarlığımızı bildiririk! Həsrətində olduğumuz Qələbə naminə övladlarımız Vətən və millətin azadlığı uğrunda canlarını fəda etdilər, qanları ilə qazandıqları Azadlığı gələcək nəsillərə əmanət etdilər. Onların hər birinin boynumuzda haqları vardır, bu əziz Novruz günlərində Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı yad etmək, ailələrinə, yaxınlarına başsağlığı vermək, qazilərimizə, yaralılarımıza Allah-Taaladan şəfaət diləmək bizim borcumuzdur.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu, Azərbaycan mədəniyyətinin tarixində mühüm hadisədir. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur.Novruz həm də dostluq, həmrəylik və yüksək mənəviyyat bayramıdır. 

Qələbəli Novruzun mübarək olsun, Azərbaycan!


Şamxal Məhərrəm oğlu Həsənov

Goranboy Rayon İcra Hakimiyyəti Başçısının müavini,  Sosial-İqtisadi İnkşafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin müdiri.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar