Xəbər lenti

Zəfər Novruzun mübarək Azərbaycan

Tarix: 21-03-2024 01:04     Baxış: 2 387

Hörmətli Goranboy sakinləri!


Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı və səadət arzulayıram!

Novruz Bayramı xalqımızın milli-mənəvi dəyərlərini və milli varlığımızın dolğun təcəssümünü özündə əks etdirən, çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın tarixi bayramıdır.Tarixən qədim, ulu olan xalqımızın özünəməxsus adət-ənənələri, milli bayramları vardır. Bu gün respublikamıza qədəm qoyan Novruz özündə Azərbaycanın şanlı keçmişini yaşadır.İstər evlərdə, istərsə də şəhərimizin küçələrində bayramqabağı aparılan abadlıq və təmizlik işləri, bayrama hazırlıq, cücərdilən səmənilər xalqımızın xoş əhvali-ruhiyyəsindən, həyat sevgisindən, bu günümüzün və gələcəyimizin sevinc dolu müjdələrindən xəbər verir.

Prezidentimiz İlham Əliyevin xalqımızın rifahı üçün gördüyü işlər, ölkəmizin daha da abadlaşdırılması, Avropa ölkələri səviyyəsinə çatdırılması sahəsində apardığı məqsədyönlü fəaliyyəti gələcək nəslimizin və yetişən gəncliyimizin xoşbəxt yaşaması üçün geniş imkanlar açır.

Bu gün mən çox şadam ki, bu bayrama da  dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq parlaq qələbə ilə qədəm qoymuşuq. 

Haqq işi uğrunda mübarizədə Ali Baş Komandanın rəhbərliyi altında bir yumruq kimi birləşərək əzəli torpaqlarımıza uzanan mənfur düşmənin əlləri kəsilmiş, yurdumuzu düşməndən təmizləmiş və ədaləti şəhidlərimizin qanı bahasına əldə etmişik. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş şəhidlərimizin xatirəsini bu əziz gündə bir daha ehtiramla yad edirəm.

Bu bayramda hamınıza  bahar əhval-ruhiyyəsi arzu edirəm. Bahar öz gəlişi ilə evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin, qəlbinizi  xoş hisslər bəxş etsin. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gərçək olsun!

Möhtərəm prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanımızın tərəqqisi və çiçəklənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayır, Novruz bayramınızı təbrik edirəm!


Hörmətlə; Səxavət Qədirov

Goranboy rayon Statistika İdarəsinin rəisi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar