Xəbər lenti

Anar Tağıyev vətəndaşların müraciətini dinlədi - Foto

Tarix: 20-03-2024 01:13     Baxış: 1 204

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulunu rayonun Aşağı Qarxun kənd sakinləri ilə keçirdi

Mubarizciler.az xəbər verir ki, Qəbulda Şəhər İcra Hakimiyyətinin Başçısı ilə yanaşı, ŞİH-nin məsul əməkdaşları,rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri  və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbulda 80-ə yaxın kənd sakini iştirak etmişdir.  Sakinlərdən müraciətlərini fərdi qaydada dinləyən Şəhər rəhbəri qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.

Aşağı Qarxun kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Ölkə rəhbəri, Müzəffər Ali Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar