Xəyal Məmmədov Novruz bayramı münasibətilə təbrik ünvanlayıb - Foto
Müəllim bütün dövrlərdə öz peşəkar keyfiyyətləri ilə yanaşı, mənəvi məsuliyyəti ilə seçilib. Bu baxımdan şərəfli missiya daşıyıcısı olan müəllim təhsilə, insan tərbiyəsinə cavabdehlik daşıyıb. Elə buna görə də hər bir təhsil sisteminin gücü onun müəllimlərinin gücünə bərabərdir. Sevindirici haldır ki, ölkəmizdə müəllim peşəsinin ictimai nüfuzu ilbəil artır. Bunu həm müəllimlik peşəsini seçən gənclərin keyfiyyət dinamikası, həm də bu sahədə fəaliyyət göstərənlərin daim artan peşəkar səviyyəsi göstərir. Bu bizim gələcək hədəflərimizin əsas qaynağıdır.
Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində dövlət səviyyəsində qeyd edilən və xalqımızın ən əziz bayramı sayılan Novruz təbiətin oyanışından xəbər verir.
Qədim zamanlardan müasir günümüzədək milli-mənəvi dəyərlərin qorunduğu Azərbaycanda Novruzun gəlişi tarixin ən sərt dönəmlərində belə özünəməxsus coşqu, sevinc, yüksək əhval-ruhiyyə ilə qeyd edilib.
Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü uğurlu siyasət və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxlu sayda böyük layihələr nəticəsində müstəqil Azərbaycan Respublikasında təhsili ən yüksək səviyyəyə çatıb.
Bu gün təhsilimizin fasiləsiz inkişafı təmin olunub, dövlətçilik ənənələri daha da möhkəmlənib. Prezident İlham Əliyevin rəhbərliyi altında təhsil istiqamətində görülən mühüm işlər sayəsində nüfuzu daha da artan Azərbaycan dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub.
30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və fədakarlıq nümunələri sayəsində azad edilərək ərazi bütövlüyümüz təmin olundu.
Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini hər zaman olduğu kimi, təhsil işçləri tərəfindən Novruz bayramı ərəfəsində də dərin hörmət və ehtiramla yad edilir.
Eyni zamanda, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram. Bir daha hər birinizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram.
Xəyal Sakit oğlu Məmmədov
Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri.
Xəbəri paylaş