Xəbər lenti

Natiq Ağayev növbəti vətəndaş qəbulu keçirib - Foto

Tarix: 19-03-2024 20:59     Baxış: 1 113

Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev növbəti vətəndaş qəbulu keçirib.

Vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev tərəfindən hər həftə fərdi qəbulların keçirilməsi davam edir.

Mubarizciler.az xəbər verir ki,  19 mart 2024-cü il tarixdə rayon icra hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirilib.

Qəbulda Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, aparatının şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.

Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir.

Ümumilikdə qəbul zamanı 20 nəfərdən çox rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar