Xəbər lenti

Şəmkirdə Novruz bayramı münasibətilə tədbir keçirilib - Foto

Tarix: 19-03-2024 20:09     Baxış: 1 519

Milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə Şəmkirdə tədbir keçirildi.

Mubarizciler.az xəbər verir ki,  Tədbir iştirakçıları əvvəlcə Novruz adət-ənənələri, milli xörəklər, şirniyyatlardan ibarət Novruz sərgisi ilə tanış oldular. 

Rayon rəsmiləri çıxışlarında Novruz bayramı münasibətilə  bütün Azərbaycan xalqını, şəhid ailələrini, qaziləri, Şəmkir sakinlərini, ölkəmizdən kənarda yaşayan şəmkirliləri təbrik etdi, ölkəmizə bol ruzi-bərəkət və əminamanlıq arzuladılar.

Novruz şənliyində rayon Təhsil və Mədəniyyət Sektorunun, Şəmkir Yaradıcı Gənclər Birliyinin bədii özfəaliyyət kollektivlərinin təqdimatında geniş konsert verildi, Kosa və Keçəl tədbir iştirakçılarında xoş ovqat yaratdı.

Sonda rəmzi tonqal qalandı, şəhid və qazi övladlarına bayram sovqatları paylanıldı.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar