Xəbər lenti

Goranboyda Medalların təqdimatı keçirilib - Foto

Tarix: 19-03-2024 15:49     Baxış: 994

Goranboyda  “Heydər Əliyevin 100 illiyi (1923-2023)”  yubiley medalı ilə təltif olunanlarla   bağlı, tədbir keçirildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev ili” elan edilmişdir.  Həmin Sərəncamın icrası ilə əlaqədar təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilib. 

Mubarizciler.az xəbər verir ki,  Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli, 4289 nömrəli Sərəncamı ilə Goranboy rayon İcra Hakmiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova və 44 günlük Vətən Müharibəsi şəhidi Orxan Namazovun anası Nailə Məmmədova  “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təltif edilmişlər. İcra başçısı Məhərrəm Quliyev tədbirdə çıxış edərək bildirmişdir ki, Bugünki qalib Azərbaycan Ulu öndər Heydər Əliyev siyasətinin təntənəsidir. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi bu dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən öyrənilməsinə geniş imkanlar yaratmışdır. Müasir müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları əsasında, Prezident  cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.  Təltif olunanlar da öz növbəsində Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, onlara göstərilən diqqətə və ali mükafata görə təşəkkürlərini bildirdillər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar