Xəbər lenti

Polis Akademiyası tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” 2024 çərçivəsində ağac əkmə aksiyası keçirilib - Foto

Tarix: 19-03-2024 13:06     Baxış: 1 120

DİN-in Polis Akademiyasında ənənəvi olaraq hər il  keçirilən ağacəkmə aksiyası bu il xüsusi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində həyata keçirilib.

Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanovun təşəbbüsü ilə Akademiyanın yardımçı təsərrüfat sahəsində şam və zeytun ağacları əkilib. Eyni zamanda abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

 Mubarizciler.az-ın məlumatına görə,  Kursantlarla birlikdə ağac əkən Akademiya rəisi belə aksiyaların gələcəkdə ənənəvi olaraq davamlı olacağını, daha mütəşəkkil və əhatəli şəkildə həyata keçiriləcəyini  bildirilib.              Akademiyada bu cür aksiyalar mütəmadi olaraq təşkil edilir, ətraf mühitin mühafizəsinin vacibliyi insanların, xüsusilə kursantların diqqətinə çatdırılır. Müəllimlərimiz daim kursantları ekoloji problemlərə qarşı mübarizəyə səsləyir, müxtəlif maarifləndirici proqramlara qoşularaq ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəldillər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar