Xəbər lenti

Göyçayda Novruz bayramı münasibətilə peşə təmayüllü siniflərin sərgisi təşkil olunub - Fotolar

Tarix: 19-03-2024 12:58     Baxış: 1 022

Martın 18-də Göyçay şəhərində Novruz bayramı münasibətilə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin peşə təmayüllü siniflərində təhsil alan şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub.

Mubarizciler.az xəbər verir ki,  Sərgidə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin müdiri Azad Gözəlov, təhsil idarəsinin struktur bölmə rəhbərləri və əməkdaşları, rayonun bir sıra hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və şagirdlər iştirak edib.

Sərgidə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 16 ümumi təhsil müəssisəsində 8 ixtisas üzrə təhsil alan şagirdlərin əl işləri nümayiş olunub.

Norvruz bayramı münasibətilə keçirilən tədbirin məqsədi ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. 

Eyni zamanda, şagirdlərin mənimsədikləri ilkin peşə bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, onlar arasında sağlam rəqabət hissini, sağlam mühiti formalaşdırmaq, ətraf mühitə fəal inteqrasiyanı təmin etmək, təhsilalanlara ilkin sahibkarlıq bacarıqları aşılamaq, əmək bazarını peşəyə hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin etməkdir.

Tədbir ədəbi-bədii kompozisiyalarla başa çatıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar