Xəbər lenti

Deputat Goranboyda vətəndaşları qəbul etdi - Fotolar

Tarix: 19-03-2024 12:51     Baxış: 819

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Dəliməmmədli şəhərində vətəndaşları qəbul edib.

Mubarizciler.az xəbər verir ki, qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.

Qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilib, vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Milli Məclisin deputatının səlahiyyətləri çərçivəsinə aid digər müraciətlərin isə araşdırılaraq operativ həll olunması və zəruri tədbirlərin görülməsi barədə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.












Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar