Xəbər lenti

Göyçayda medalların təqdimatı keçirilib - Fotolar

Tarix: 18-03-2024 16:46     Baxış: 1 386

Göyçayda “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif edilmiş şəxslərə medallar təqdim edilib.

Mubarizciler.az xəbər verir ki, mart 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2024-cü il tarixli 4289 nömrəli Sərəncamı ilə dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətlərinə görə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, şəhid atası Akif Kərimov və rayonun qabaqcıl tarix müəllimi Firəngiz Məmmədyarova “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif ediliblər.

Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ali təltifə, göyçaylılara verilən yüksək dəyərə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevə öz minnətdarlığını ifadə edib.

Bildirib ki, bundan sonra da, Ulu Öndər Heydər Əliyev irsinə sadiq qalaraq, cənab Prezidentin rəhbərliyi altında dövlətimizin və xalqımızın gələcək inkişafı naminə fəaliyyətində ona göstərilən etimadı layiqincə doğruldacaq.

Təltif edilən Akif Kərimov və Firəngiz Məmmədyarova ali təltifə layiq görüldükləri üçün ölkə rəhbərinə təşəkkürlərini bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar