Xəbər lenti

Yevlaxda qədim el bayramımız olan Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib - Fotolar

Tarix: 18-03-2024 13:49     Baxış: 1 134

Milli adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı Azərbaycan xalqının  birliyini, saflığını, əmin-amanlıq və həmrəyliyimizi əks etdirən el bayramıdır. Yevlax şəhərində  Heydər Əliyev Mərkəzinin qarşısında Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib. 

Mubarizciler.az xəbər verir ki,  Bayram tədbirində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, təhsil, mədəniyyət müəssisələrinin kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon sakinləri iştirak ediblər.

Yevlax şəhəri üzrə Təhsil sektorunun, Yevlax şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri tərəfindən nümayiş etdirilən Novruz xonçaları, səmənilər, milli folklor nümunələri, həmçinin Yevlax Şəhər Gənclər və İdman sektorunun tabeliyində fəaliyyət göstərən idmançıların çıxışları tədbir iştirakçılarında xoş ovqat yaradıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar