Xəbər lenti

YAP İmişli rayon təşkilatı “Hər bir Şəhid Vətəndir!” adlı aksiya keçirib

Tarix: 18-03-2024 10:49     Baxış: 1 190

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı Novruz bayramı ilə əlaqədar “Hər bir Şəhid Vətəndir!” adlı aksiya keçirib. Aksiya çərçivəsində İmişli rayonundan olan Vətən müharibəsi və “Antiterror əməliyyatı” şəhidlərinin ailələri ziyarət edilərək bayram sovqatı paylanılıb. 

Mubarizciler.az xəbər verir ki, Hər bir şəhid ailəsi ilə görüşən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və “Energetik-1” ərazi partiya təşkilatının sədri Saleh Səmədov şəhidlərə Allahdan rəhmət, ailələrinə səbr diləyiblər. 

Səfa Ağayev 44 günlük Vətən müharibəsində yüzlərlə imişlili gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib, tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə təşəkkürünü bildirib. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb. Hər bir ziyarətin sonunda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.  

Novruz bayramı ilə əlaqədar keçirilən “Hər bir Şəhid Vətəndir!” aksiyasında Vətən  müharibəsi və “Antiterror əməliyyatı” şəhidləri ilə yanaşı ümumilikdə 500 qazi və imkansız ailələrə bayram sovqatı paylanılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar