Xəbər lenti

Prezident İcra Başçısını təltif etdi - Fotolar

Tarix: 17-03-2024 01:37     Baxış: 1 330

Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov "Heydər Əliyevin 100 illiyi(1923-2023)" yubiley medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə Novruzov Vüqar Vahid oğlu "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.

Mubarizciler.az xatırladır ki, Vüqar Novruzov 7 oktyabr 1980-ci ildə Bakı şəhərində anadan olub.

 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecmenti ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Dövlət qulluğunun baş müşaviridir.


Ailəlidir, üç övladı var.

Fəaliyyətinə 2002–2003-cü illərdə Azərbaycan Respublikasının Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlayıb. 2003–2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007–2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının 27 sentyabr 2019-cu il tarixli 107 nömrəli əmri ilə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. 4 dekabr 2019-cu ildən Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Naftalan Şəhər icra başçısı təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli 3015 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar