İcra Başçısı "Heydər Əliyevin 100 illiyi" medalı ilə təltif edilib - Foto
İcra Başçısı medalla təltif edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Quliyev Məhərrəm Böyükağa oğlu "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.
Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev ali təltifə görə özü və ailəsi adından Möhtərəm Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Bildirib ki, bundan sonra da, Ulu Öndər Heydər Əliyev ideallarına sadiq qalaraq, dövlətimizin və xalqımızın gələcəyi naminə Müzəffər Ali Baş Komandanın müsəlləh əsgəri kimi ən yüksək səviyyədə xidmət edəcək, ona göstərilən etimadı doğrultmağa çalışacaqdır.
Məhərrəm Quliyev Lənkəran rayonunda müxtəlif vəzifələrdə çalışmış, 2003-cü ildən isə Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini olmuşdur.
13.03.2006-cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir. Dövlət qulluğunun baş müşaviridir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli Sərəncamı ilə Agstafa rayon İcra hakimiyyətinin başçısı təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2019-cu il tarixli Sərəncamı ilə Goranboy rayon İcra hakimiyyətinin başçısı təyin edilmişdir.
Xəbəri paylaş