Xəbər lenti

Fidan dünyanın ən nüfuzlu ali məktəbində təhsil alacaq

Tarix: 15-03-2024 20:08     Baxış: 1 841

Gəncə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2023-cü il məzunu, hazırda İngiltərənin London Universitet Kollecində (UCL) təhsil alan Fidan Hüseynova dünyanın ən nüfuzlu ali məktəbinə - ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.

Mubarizciler.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Qeyd edək ki, məktəbli olduğu dövrdə Fidan bir neçə yerli və beynəlxalq olimpiadalarda uğurla iştirak edib. Belə ki, Fidan informatika fənni üzrə Respublika Fənn Olimpiadalarında (RFO) 4 dəfə qızıl medal və iştirak etdiyi 11 müxtəlif beynəlxalq olimpiadalar və müsabiqələrdə 1 qızıl, 2 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafat alıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar