Xəbər lenti

Göyçayda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib - Foto

Tarix: 15-03-2024 19:37     Baxış: 1 169

15 mart 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki,  Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Asif Məcidov, aidiyyəti yerli idarə və təşkilatların nümayəndələri iştirak ediblər.

8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Gültac Rzabəyli “Azərbaycan Respublikasında 2024-cü ilin Yaşıl dünya naminə həmrəylik ili elan edilib”, İdarəsinin məsləhətçisi Ülkər Paşayeva “Ölkə ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi, utilizasiyası və zərərsizləşdiriməsi” və Pərvin Cəfərli “Yaşıllıqların mühafizəsi haqqında qanunun tətbiqləri” mövzularında ətraflı məruzə ilə çıxış ediblər. 

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək ekoloji problemlər, iqlim dəyişikliklərindən söhbət açaraq bu sahəyə diqqətin artırılmasını iştirakçıların diqqətinə çatdırıb.

Sonda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar videoçarx nümayiş olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar