Xəbər lenti

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının təsis edilməsinin 31 illiyi ilə əlaqədar tədbir keçirilmişdir - Foto

Tarix: 15-03-2024 19:31     Baxış: 455

15 mart 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının təsis edilməsinin 31 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

Mubarizciler.az xəbər verir ki,  tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. 

Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, Şamaxı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Eybalı Ağayev, partiya veteranı Nəzakət Abdulrazaqova çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyası dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas partiya prinsiplərini həyata keçirməklə cəmiyyətdə yüksək nüfuza malikdir.Bu gün Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı artır.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunan Şamaxı rayon İcra Hakimiyyəti başçısı Tahir Məmmədov, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, Şamaxı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Eybalı Ağayev, partiya veteranı Nəzakət Abdulrazaqovaya medallar təqdim olunmuşdur.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar