Xəbər lenti

Bakı Dövlət Universitetinin tələbələri Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub - Fotolar

Tarix: 15-03-2024 15:37     Baxış: 1 246

Gənc hüquqşünasların prokurorluq orqanlarının fəaliyyəti və tarixinə olan marağını nəzərə alaraq,  Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə martın 13-də  Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Baş Prokurorluğun Tarix muzeyi ilə tanış edilib.

Mubarizciler.az xəbər verir ki,  bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun  mətbuat xidməti məlumat yayıb.

Tanışlıq zamanı Muzeyin yaradılması, prokurorluğun  fəaliyyətini əks etdirən müxtəlif guşələrdəki eksponatlarla bağlı tələbələrə ətraflı məlumat verilib.

Bununla yanaşı tələbələr ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə yaradılmış guşə, Muzeyin zalları, prokurorluq işçilərinin geyim formaları və fərqlənmə nişanlarının nümayiş olunduğu xüsusi hazırlanmış bölmə, eləcə də digər sənəd və eksponatlarla tanış olublar.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar