Xəbər lenti
28-11-2025, 18:54
 

"Şahin" hərbi-idman oyunu üzrə Goranboy rayon birinciliyi keçirildi - Foto

Tarix: 15-03-2024 12:45     Baxış: 1 694

14 mart 2024-cü il tarixdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə Təhsil sektorunun dəstəyi ilə Goranboy Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərinin X sinif şagirdlərindən ibarət komandalar arasında “Şahin” hərbi-idman oyunu üzrə Goranboy rayon birinciliyi keçirilmişdir. 

Mubarizciler.az xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səslənilməsi ilə açıq elan edildi. Tədbirdə Ulu Öndər Heydər Əliyev və Azərbaycanın suverinliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

 Çıxış edən natiqlər komandalara uğurlar arzulayaraq, “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd məktəblilərin ordu sıralarına və hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərməkdən ibarət olduğunu bildirmişdir.

 Tədbirin açılış mərasimində Goranboy rayon İcra Hakimiyyətinin, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun, N saylı hərbi hissənin zabitləri, yarışın hakimləri və hərbi-hazırlıq müəllimləri iştirak etmişdir.

Birincilikdə Goranboy rayon ümumtəhsil məktəblərinin 21 komandası qalibiyyət uğrunda mübarizə aparmışdır. Qaliblər haqqında məlumat mandat komissiyası tərəfindən, komandaların mərhələlər üzrə topladığı ballar hesablandıqdan sonra bildiriləcəkdir.

Yarışda birinci yeri qazanmış komanda "Şahin" hərbi-idman oyunu üzrə zona mərhələsində Goranboy rayonunu təmsil etmək üçün vəsiqə qazanır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar