Xəbər lenti

Goranboyda Veteran şahmatçı Vaqif İsmayılovun yubileyinə həsr olunmuş şahmat üzrə açıq rayon turniri təşkil edilib - Foto

Tarix: 14-03-2024 20:51     Baxış: 3 570

Veteran şahmatçı Vaqif İsmayılovun yubileyinə həsr olunmuş şahmat üzrə açıq rayon turniri təşkil edilib. 

Mubarizciler.az xəbər verir ki,  Azərbaycan şahmatı üçün onlarla şahmatçı yetişdirmiş veteran şahmatçı Vaqif İsmayılov yubileyinə həsr edilmiş turnir Goranboy Naftalan rayonları üzrə təhsil sektoru və Uşaq -Gənclər İdman Şahmat Məktəbinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin dəstəyi ilə baş tutmuşdur.

 Xocalı məktəblilərinin də iştirak etdiyi turnirdə ümumilikdə 1 yaş qrupunda ümumtəhsil müəsisələrinin kişi və qadın müəllimləri, həmçinin 3 yaş qrupunda oğlan və qız məktəblilər iştirak etmişdir. 

Turnirin qalibləri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Veteran Şahmatçı Vaqif İsmayılov şahmat sahəsində göstərdiyi xidmətlərə görə təltif edilmişdir, və xoşdur ki, Vaqif müəllimin ailəsi və sevdikləridə tədbirdə iştirak etmişdir.

Sonda iştirakçılar və qaliblər üçün çay süfrəsi təşkil olunmuşdur.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar