Anar Tağıyev əhalinin müraciətlərinin dinlədi - Foto
Şəhər İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu rayonun Xanabad kəndində keçirildi.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev əhalini narahat edən problemlərin yerində öyrənilməsi, həlli üçün tədbirlərin müvafiq tədbirlərin görülməsi məqsədilə təsdiq olunmuş qrafik üzrə rayonun kənd və qəsəbələrində səyyar qəbulları davam etdirir.
Mubarizciler.az xəbər verir ki, Şəhər rəhbərinin növbəti səyyar qəbulu 14.04.2024-cü il tarixdə rayonun Xanabad kəndində baş tutmuşdur. Səyyar qəbulda Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
İcra Hakimiyyətinin Başçısı tərəfindən qəbulda sakinlər tərəfindən müxtəlif mövzularda səsləndirilən müraciət və təkliflər diqqətlə dinlənilib, qaldırılan məsələlər müzakirə olunub və həlli üçün aidiyyəti qurumlara müvafiq göstərişlər verilib.
Sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Xəbəri paylaş