Xəbər lenti
18-11-2024, 12:06
 

Bahar Muradova Goranboy rayonuna səfəri çərçivəsində Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində olub - Foto

Tarix: 14-03-2024 10:05     Baxış: 931

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Goranboy rayonuna səfəri çərçivəsində Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində olub.

Mubarizciler.az xəbər verir ki, Komitə sədri aktiv terapiya, psixoloq, ünsiyyət terapiyası, fərdi məşğələ, sosial iş, dərnək, təlim, konfrans otaqlarının şəraitinə baxıb və əhaliyə göstərilən xidmətlər haqqında məlumat alıb.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində 11 rayonda bu cür mərkəzlər fəaliyyət göstərir və bu Mərkəzlərin fəaliyyətinin əsas istiqaməti icmada risk qrupundan olan ailələrlə sosial işin aparılmasıdır. Belə ki, mərkəzlərin fəaliyyəti uşaqların internat müəssisələrinə düşməsinin, təhsildən yayınmasının, erkən nikah, məişət zorakılığı hallarının qarşısının alınmasından, yeniyetmələrin və uşaqların təhlükəli yaş dövründə problemlərinin araşdırılaraq, onlarla psixoloji işin aparılması, uşaq və yeniyetmələr üçün asudə vaxtın təşkili və digər sosial problemlərlə bağlı qabaqlayıcı tədbirlərin görülməsi, eləcə də maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir.

Bahar Muradova Mərkəzin işinin daha da təkmilləşdirilməsi, qadınların məşğulluğunun daha da artırılması, risk qrupundan olan ailələrin dəstəklənməsi istiqamətində müvafiq tövsiyələrini diqqətə çatdırıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar