Xəbər lenti

Gəncədə VIII qrant müsabiqəsi çərçivəsində layihələrin yazılması ilə bağlı görüş keçirilib - Foto

Tarix: 12-03-2024 21:49     Baxış: 609

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində layihələrin yazılması ilə bağlı görüş keçirilib. 

Mubarizciler.az xəbər verir ki,  Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarənin əməkdaşları, GDRTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan müəllimlər iştirak ediblər.

Görüşdə çıxış edən idarə müdiri Anar Qədiməliyev qrant layihələrin yazılması, təhsil prosesinin inkişafı üçün vacib olan məsələlər barədə məlumat verib.

Bugünədək qalib olmuş layihələrin vacibliyini qeyd edən idarə müdiri, növbəti qalib olan layihələrin təhsilin inkişafına yeni töhfələr verəcəyini vurğulayıb. 

Görüşün davamında layihə yazılışı ilə bağlı praktiki təlim keçirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar