Xəbər lenti

Elçin Rzayev vətəndaşlarla səyyar görüş keçirib - Foto

Tarix: 12-03-2024 19:09     Baxış: 1 477

Qaralar kəndində 12.03.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib

Mubarizciler.az xəbər verir ki,  İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü rayonun Qaralar və Cavadxanlı kənd sakinləri ilə keçirib. Qaralar kənd tam orta məktəbdə təşkil olunan səyyar qəbulda icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.

   Giriş nitqi ilə çıxış edən icra başçısı İmişli rayonunda sakinləri narahat edən problemlərin öyrənilməsi və həllinə nail olmaq məqsədilə mütəmadi olaraq səyyar görüşlər keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, rayonda geniş tikinti, abadlıq-quruculuq işləri həyata keçirilir, yeni yollar çəkilir, sosial layihələr reallaşdırılır və bütün bu tədbirlərin əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir, həmçinin görülən bu məqsədyönlü işlər davamlı xarakter daşıyır. Daha sonra rayon rəhbəri sakinlərdən müraciətlərini səsləndirilmələrini xahiş edib. Kənd sakinləri mövcud olan bəzi problemlərdən söz açıblar. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli istiqamətində görüləcək tədbirlər müəyyənləşdirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar