İmişli rayonunda Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət olunub - Foto
Martın 11-12-də İmişli rayonunda bütün bayram və əziz günlərdə olduğu kimi, Novruz bayramı ərəfəsində də şəhidlərimizin ailələri unudulmayıb.
Mubarizciler.az xəbər verir ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan soydaşlarımızın ailələrini ziyarət edərək, onları qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını bildirərək bol ruzi və bərəkət arzulayıb. “Şəhidlərimizi anmaq hər birimizin borcudur” - deyən icra başçısı görüşlərin keçirilməsində əsas məqsədin şəhid ailələri ilə kədərli gündə olduğu kimi, xoş gündə də onların yanında olduğumuzu göstərmək olduğunu qeyd edib. Bildirib ki, onların adını uca tutmaq, əbədiləşdirmək, yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək isə bizim hər birimizin vətəndaşlıq borcumuz, ən əsas vəzifəmizdir.
Şəhidlərimizin döyüş yolundan söz açan valideynlər isə övladlarının qəhrəmanlıqlarından qürur hissi keçirdiklərini, onlarla fəxr etdiklərini dilə gətirərək Prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə, bayramlarda yad olunmasını razılıqla qarşılayıblar.
Xəbəri paylaş