Xəbər lenti

Goranboyda su çəni istifadəyə verilib - Fotolar

Tarix: 11-03-2024 17:09     Baxış: 2 016

Millət vəkili Anar Məmmədov Goranboy rayonu Qaradağlı kəndində şəhid ailələri ilə birlikdə su açılışında iştirak edib.

Mubarizciler.az xəbər verir ki, açılışda Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Goranboy rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri, qazilər və kənd sakinləri iştirak edib. 

Yeni Azərbaycan Partiyasının təşəbbüsü və Anar Məmmədovun dəstəyi ilə Goranboy rayonunun Qaradağlı kəndində şəhid ailələrinin və kənd sakinlərinin həyətyanı torpaq sahələrinin suvarılması üçün su çəni istifadəyə verilib.

Anar Məmmədov çıxış edərək, son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Keçirilən mərasimdə çıxış edən şəhid ailələri onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.













Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar