Xəbər lenti

Elvin Paşayev vətəndaşların səyyar qəbulunu keçirib - Foto

Tarix: 11-03-2024 16:59     Baxış: 980

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Balçılı kəndində vətəndaşların səyyar qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, Qəbulada Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. 

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/  platformasından istifadə etmələrini tövsiyə edib. 

Səyyar görüş zamanı bir qrup kənd sakinini dinləyən İcra başçısı mövcud problemlərin həlli, o cümlədən kəndə verilən qazın təzyiqinin artırılması, sahibsiz küçə itləri il bağlı qanunamüvafiq tədbirlərin görülməsi, Şəmkir dəryaçasından verilən suyun tənzimlənməsi və subartezianın limitinin artırılması, kəndin sürətli internetlə təmin olunması, kənddə “Kapital banka” məxsus bankomatın quraşdırılması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar