Xəbər lenti
18-11-2024, 12:06
 

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib - Foto

Tarix: 07-03-2024 21:36     Baxış: 847

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Qadınlar Günü münasibətilə  tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev, GDRTİ-njn əməkdaşları və təhsil işçiləri iştirak ediblər. 

Tədbir Dövlət Himninin səsləndirilməsi və torpaqlarımzın düşmən işğalından azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev çıxış edərək, həyatını gənc nəslin işıqlı gələcəyinə həsr edərək yüksək fədakarlıq nümayiş etdirən müqəddəs peşə sahiblərinin cəmiyyət üçün çox dəyərli olduğunu bildirib

Tədbirdə şagirdlərin ifasında şeir, musiqi və rəqs nümunələri nümayiş etdirilib, biri-birindən maraqlı ədəbi-bədii kompozisiyalar təqdim edilib.

Sonda tədbirdə iştirak edən bir qrup qadın təhsil işçilərinə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təltiflər təqdim olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar