Goranboyda “8 Mart-Beynəlxalq Qadınlar Günü” ilə bağlı tədbir keçirildi - Foto
Goranboy rayonunda “8 Mart-Beynəlxalq Qadınlar Günü” ilə bağlı tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fərqlənən bir qrup xanımlar və rayon fəalları iştirak etdilər.
Mubarizciler.az xəbər verir ki, Tədbir iştirakçıları öncə, Ümummilli Liderimizin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi.
Tədbirdə çıxış edən icra başçısı Məhərrəm Quliyev ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından və onların cəmiyyətdə tutduqları yüksək mövqedən söhbət açaraq, onları bayram münasibətilə təbrik etdi, cansağlığı, ailə xoşbəxtliyi, ictimai fəaliyyətlərində uğurlar arzuladı. Ümummilli Lider Heydər Əliyevin siyasətində qadına diqqət və qayğının mühüm bir istiqamət təşkil etdiyini qeyd edən icra başçısı, həmin siyasətin bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Daha sonra bir qrup ictimai fəllar çıxış edərək təbriklərini çatdırdılar.
Tədbirdə iştirak edən xanımlara hədiyyələr və rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edildi.
Xəbəri paylaş