Xəbər lenti

Gəncədə "Sağlam həyat tərzinin təşviqi" adlı görüş keçirilib - Foto

Tarix: 06-03-2024 21:49     Baxış: 1 211

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə sərbəst güləş üzrə Olimpiya və Avropa çempionu Toğrul Əsgərov ilə ikiqat Avropa, dördqat Dünya Çempionu Azərbaycan Milli Yığmasının heyətində çıxış edən qadın güləşçi Mariya Stadnik Gəncə şəhərində şagirdlərlə görüşüblər. 

Mubarizciler.az xəbər verir ki, "Sağlam həyat tərzinin təşviqi" adlı görüşdə çıxış edən Toğrul Əsgərov idmanın kütləviliyinin artırılması, idmançılarımızın beynəlxalq arenada qazandığı uğurlardan danışıb. Məktəbdə oxuyan şagirdlərin də bu müvəffəqiyyətləri təkrarlaya biləcəyini bildirib. O, belə görüşlərin şagirdlərdə idmana marağı artıracağını vurğulayıb.

Mariya Stadnik təmsil etdiyi idman növü və karyerası haqqında danışıb, gənc qızların idmana marağının  artırılması, onların bu mövzuda həvəsləndirilməsinin vacib olduğunu bildirib. O, həmçinin idmanın uşaq, yeniyetmə və gənclərin fiziki və əqli inkişafında müstəsna rol oynadığını bildirib.

Görüşün davamında idmançılar şagirdləri maraqlandıran sualları cavablandırıblar. 

Qeyd edək ki, bu formatda görüşlərin davamlı olaraq həyata keçiriləcəyi planlaşdırılır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar