Xəbər lenti

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə tədbir keçirilib

Tarix: 06-03-2024 00:55     Baxış: 1 974


Tədbirdə Şəhid ailələri, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev, Azərbaycanın sərbəst güləş üzrə məşqçisi, SSRİ əməkdar məşqçisi və əməkdar idman ustası, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov, GDRTİ-nin əməkdaşları, idman və şahmat məktəblərinin direktorları, müəllimlər vəşagirdlər iştirak ediblər. 

Mubarizciler.az xəbər verir ki, Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Əvvəlcə məktəbin həyətində şagirdlərin tədimatında müxtəlif idman növlərinin təqdimatı həyata keçirilib. Daha sonra ayrılmış ərazidə “Bir fidan əkək” aksiyası həyata keçirilib. 

Tədbirdə futbol yarışı, qaçış (qızlar və oğlanlar), şahmat və dama, şən startlar yarışı həyata keçirilib. İdman proqramının davamında məktəbin ibtidai sinif şagirdləri tərəfindən musiqili proqram nümayiş etdirilib.

Yekunda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində faəliyyət göstərən bir qrup təhsil işçisi 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar təltif olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar