Xəbər lenti

Elçin Rzayev vətəndaşlarla səyyar görüş keçirib

Tarix: 06-03-2024 00:49     Baxış: 1 001

Rəsullu kəndində 05.03.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib.

Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev növbəti səyyar qəbulunu martın 5-də rayonun Rəsullu,Yalavac və Məhəmmədli kənd sakinləri ilə keçirib. 

Mubarizciler.az xəbər verir ki, Görüşdə kənd sakinləri ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri də iştirak ediblər. 

Giriş nitqi ilə çıxış edən icra başçısı sakinləri salamlayaraq Prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan danışaraq, bu uğurların xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. Sonra sakinlərin müraciətləri dinlənilib və qaldırılan məsələlər nəzarətə götürülərək həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar