Xəbər lenti

İcra Başçısı gənc idmançılarla görüş keçirib - Foto

Tarix: 05-03-2024 12:36     Baxış: 455

Şəmkir rayonunda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ölkə çempionatlarında və beynəlxalq yarışlarda uğurlu nəticələr qazanmış idmançılar və onların məşqçi-müəllimləri ilə görüş keçirilib. 

Mubarizciler.az xəbər verir ki,  Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev idmançıları təbrik edərək bildirib ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İcra başçısı qeyd edib ki, dövlət başçımızın idmana göstərdiyi diqqət və qayğı sayəsində idmançılarımız ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edirlər: “Nə xoş ki, bu gün milli komandamızın heyətində şəmkirli idmançılar da var. Onlar arasında hazırda millimizlə təlim-məşq toplanışında olan Zirəddin Bayramov, Məzaim Mərdanov hər zaman uğurlu nəticələri ilə bizləri sevindirir. Bu idmançılarımızın sayı hər gün artır. Son Avropa çempionatında Rəşad Məmmədov da yunan-roma güləşində gümüş medal qazandı və Buxarestdə bayrağımızı dalğlandırdı. Bütün bu uğurlu nəticələr idmana yeni addımlarını atan uşaqlar üçün də əlavə bir stimuldur”.

Şəmkirli idmançılar da göstərilən diqqətə görə Prezidnet cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib, arzu və istəklərini səsləndiriblər. 

Sonda 2023-cü ildə uğur qazanmış idmançılara və onların məşqçilərinə RİH başçısının Fəxri Fərmanları təqdim olunub, xatirə fotosu çəkilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar