Xəbər lenti
18-11-2024, 12:06
 

Goranboy rayonunda "İdman Həftəsi" ilə bağlı, "Sağlam həyat" festivalı təşkil olundu - Foto

Tarix: 05-03-2024 10:19     Baxış: 1 547

Goranboy rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə  Gənclər Parkında  "İdman Həftəsi"   ilə   bağlı, "5 mart - Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş "Sağlam həyat" layihəsi çərçivəsində festival təşkil olundu. Mubarizciler.az xəbər verir ki, ədbirin əsas məqsədi yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclər arasında dostluq və yoldaşlıq əlaqələrinin qurulması, idmanın kütləviliyini artırmaqdır. Festival çərçivəsində yerindən uzunluğa tullanma, topla qaçış, qum kisəsi ilə qaçış, ağırlıqqaldırma, turnikdə dartınma, top çiləmə, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması ("jim"), şahmat, qarın əzələlərinin möhkəmləndirilməsi ("press") üzrə müvafiq normativləri yerinə yetirən 73 nəfər iştirakçıya "qızıl", "gümüş" və "bürünc" stikeri olan sertifikatlar təqdim edildi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar