Prezidentinin müvafiq sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülən Goranboylu müəllim kimdir - Foto
Qabaqcıl Müəllimlərimizi Tanıdaq!
Abbasova Ruhiyyə Əbülfəz qızı 1976-cı il sentyabrın 1 də Goranboy rayon Xanqərvənd kəndində anadan olub. Ümumi təhsilini Goranboy rayonu Xanqərvənd kənd M.Məmmədov adına tam orta məktəbində alıb. 1993-1997-ci illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix müəllimliyi ixtisasını bitirib. 1998-ci ildən Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseydə tarix müəllimi olaraq fəaliyyətə başlayıb və hazırda da həmin liseydə pedaqoji fəaliyyətini davam etdirir.
Mubarizciler.az-ın məlumatına görə, 2022-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
2023-cü ildə 11-ci sinif şagirdi Quliyev Cahandar Sönməz oğlu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr edilmiş "Ən yaxşı təqdimat" müsabiqəsində qalib olaraq III dərəcəli diplomla təltif olunub. Müxtəlif vaxtlarda dərs dediyi 5 nəfər şagirdi Respublika fənn olimpiadasının qalibi olub, eyni zamanda şagirdləri ali təhsil müəssisələrinə qəbul zamanı yüksək nəticələr əldə edib. Həmçinin Ruhiyyə Abbasova müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 58 bal (ixtisas 40 bal) toplayıb.
Xəbəri paylaş