Xəbər lenti

Gəncədə “Biz də sizdən biriyik, ən yaxşıya layiqik” layihəsinin bağlanış mərasimi keçirildi - Foto

Tarix: 02-03-2024 11:40     Baxış: 651

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant Müsabiqəsinin qalibi olan Gəncə şəhər 45 nömrəli xüsusi məktəbin “Biz də sizdən biriyik, ən yaxşıya layiqik” layihəsinin bağlanış mərasimi keçirildi.

Mubarizciler.az xəbər ki, layihə çərçivəsində məktəbin 7 nəfərdən ibarət müəllim heyəti “Özel eğitim uygulamaları” mövzusunda 5 günlük təlimdə iştirak etmək üçün Türkiyə Cümhuriyyətinin İstanbul şəhərinə səfər ediblər. 

Səfər müddətində müəllimlərimiz İstanbul İl Milli Eğitim Müdürü Doç.Dr. Murat Mücahit Yenitür ilə görüşüb, “İstanbul Araştırma Merkezi”ndə, “Beşiktaş Saadet Özel Eğitim Meslek okulu”nda, “Kadıköy Sevgi Özel Eğitim anaokulu”nda və “Mediha Turhan Tansel özel eğitim uygulama okulu”nda olublar. 

Müəllimlərimiz məktəblərdə xüsusi təhsilin fərqli qaydalarını əyani olaraq izləmiş, sağlamlıq imkanları məhdud, əqli cəhətdən geriliyi olan uşaqların təlim-tərbiyəsi ilə əlaqədar Beynəlxalq təcrübəyə əsaslanaraq Türkiyə özel eğitim məktəblərində təkmilləşmə, ixtisaslaşma və təcrübə mübadiləsi keçiblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar