Xəbər lenti

Anar Tağıyev vətəndaşların səyyar qəbulunu keçirib - Foto

Tarix: 02-03-2024 11:33     Baxış: 1 162

Yevlax rayon Səmədabad kəndində sakinlərin müraciətləri dinlənildi.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə əhalinin müraciətlərinə obyektiv  və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlarına  uyğun olaraq əhalini narahat edən problemlərin yerində birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən təsdiq olunnmuş qrafikə uyğun olaraq hər həftə vətəndaşların səyyar qəbulları həyata keçirilir. 

Mubarizciler.az-ın məlumatına görə Şəhər İcra Hakimiyyətinin Başçısı  Anar Tağıyev növbəti səyyar qəbulu rayonun Səmədabad kəndində sakinləri ilə keçirdi. Səyyar qəbulda  rayonun hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak edirdi.   

Kənd sakinlərinin müraciətlərini dinləyən Şəhər rəhbəri qaldırılan məsələlərin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıqlarını verdi, tövsiyyələrini bildirdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar