Xəbər lenti

Yazın ilk günü Naftalanda ağacəkmə aksiyası keçirilib - Foto

Tarix: 01-03-2024 15:54     Baxış: 1 400

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı şəhərin Heydər Əliyev prospektində yazın gəlişi ilə artıq ənənə halını almış növbəti ağacəkmə aksiyası keçirilib.

Mubarizciler.az xəbər verir ki,  Aksiyada ŞİH–nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitdə ekobalansın qorunmasına, sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, sakinlərimizi ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdi.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində şəhərdə 1000-ə yaxın Zeytun, Kiparis, Oleandr ağacları əkilib, yeni əkilən tinglər suvarılıb və ərazidəki digər ağaclara aqrotexniki qaydada qulluq göstərilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar