Xəbər lenti

Lənkəran polisi məktəblilərlə görüşüb - Foto

Tarix: 01-03-2024 14:42     Baxış: 1 862

Yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq, bəşəriyyətin böyük bəlası sayılan narkomaniyaya qarşı mübarizəni daha səmərəli təşkil etmək məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirici görüşlər davam etdirilir.  

Bu silsilədən olan növbəti tədbir Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Sütəmurdov kənd tam orta məktəbində təşkil edilib.

Mubarizciler.az ın məlumatına görə, Çıxış edən Lənkəran ŞRPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Rəşad Rəcəbov bu cür görüşlərin yeniyetmə və gənclərin sağlam həyat tərzini seçmələri istiqamətində mühüm addım olduğunu qeyd edib. İnsanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə geniş məlumat verib, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirib.

Sonra mövzu ətrafında çıxışlar dinlənilib və məktəblilərin sualları cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar