Xəbər lenti
15-09-2025, 18:01
 
10-09-2025, 09:44
 

İcra Başçısı vətəndaşların səyyar qəbulunu keçirib - Foto

Tarix: 29-02-2024 14:50     Baxış: 889

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev vətəndaşları narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə bu dəfə Dəllər qəsəbəsində sakinlərlə  görüşüb.

Mubarizciler.az-ın məlumatına görə, Rəşad Tağıyev əvvəlcə Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə məlumat verib.

İcra başçısı bildirib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər davamlı olacaq.

Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə qəsəbənin ümumi problemləri müzakirə olunub.

Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar