Xəbər lenti
15-09-2025, 18:01
 
10-09-2025, 09:44
 

Elvin Paşayev Qızılqaya qəsəbə sakinləri ilə səyyar görüş keçirib - Foto

Tarix: 29-02-2024 14:07     Baxış: 812

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Qızılqaya qəsəbə sakinləri ilə səyyar görüş keçirib.

Mubarizciler.az xəbər verir ki, Qızılqaya qəsəbəsində keçirilən səyyar görüşdə inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. 

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/  platformasından istifadə etmələrini tövsiyə edib. 

Səyyar qəbul zamanı bir qrup qəsəbə sakinini dinləyən İcra başçısı mövcud problemlərin həlli, o cümlədən qəsəbədəki ağacların budanması, torpaq sahəsinə dair vərəsəlik haqqında şəhadətnamənin alınmasında yaranmış problemin aradan qaldırılması, zibil qutuların qoyulduğu yerin əlavə işıqlandırılması, su arxının təmizlənməsi, çoxmənzilli binanın həyətinə çınqıl örtüyünün tökülməsi və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar