Samuxda “Şagirdlərin təlim-tərbiyəsinə, təhlükəsizliyinə, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin ayrılması" mövzusunda növbədənkənar pedaqoji şura iclası keçirilib - Fotolar
Samux rayon Çobanabdallı kənd tam orta məktəbində “Şagirdlərin təlim-tərbiyəsinə, təhlükəsizliyinə, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin ayrılması" mövzusunda növbədənkənar pedaqoji şura iclası keçirilib.
Mubarizciler.az xəbər verir ki, İclasda Samux Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, şöbənin məsul işçiləri, Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru İlqar Verdiyev, Dini qurumlarla iş idarəsinin əməkdaşları, məktəbin direktoru Arzu Kərimov, məktəb kollektivi, valideynlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova ölkəmizdə gənc nəslin sağlam şəkildə böyüməsi üçün şagirdlərin təlim-tərbiyəsinə, təhlükəsizliyinə, asudə vaxtlatının səmərəli təşkilinə diqqət ayrılmalı olduğunu bildirdi. Eyni zamanda dövrün bəlası olan narkotiklərin yayılmasına qarşı əsası Ulu öndər Heydər Əliyev tərəfindən aparılan mübarizənin, məhz bu gün də ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Belə halların qarşısının alınması üçün tez-tez maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq, bu işdə valideynlərin və təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Samux rayon polis şöbəsinin baş inseptoru İlqar Verdiyev narkomaniya, dini radikalizm və erkən nikahın fəsadları barədə ətraflı çıxış edərək şagirdlərə dəyərli məsləhətlər verib. Təhsil müəssisələrində belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək, şagirdləri bu cür həssas mövzulara diqqətlə yanaşmağa, verilən tövsiyələrə əməl etməyə çağırıb.
Digər natiqlərin çıxışlarından sonra gündəlik məsələlər səsə qoyularaq qərar qəbul edildi.
Xəbəri paylaş