Goranboyda “Zəfərə aparan yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib
Goranboyda “Zəfərə aparan yol” adlı hərbi vətənpərvərlik və Su çərşənbəsi ümumrayon tədbirləri keçirildi.
Mubarizciler.az xəbər verir ki, Goranboy şəhəri Heydər Əliyev adına parkda, rayon İcra Hakimiyyəti, “N” saylı Hərbi Hissə və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirildi.
Tədbirdə, RİH-nin başçısı, “N” saylı hərbi hissənin rəhbər və bir qrup şəxsi heyəti, rayonun digər rəhbər şəxsləri, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları öncə, Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər.
Su çərşənbəsi gününə təsadüf edən tədbirdə, Hərbi Hissənin komando əsgərlərinin təqdimatında xüsusi döyüş hazırlığı, respublikanın və rayonumuzun tanınmış incəsənət ustalarının ifasında musiqi proqramı, məktəblilərin təqdimatında kitab, rəsm, əl işləri sərgisi, idmançılarımızın idman göstəriciləri, mədəniyyət evlərinin təqdimatında milli kulinariya nümunələri və Novruz bayramı atributları nümayiş etdirildi. Əsgər və gənclərimizin birgə kross qaçışı və kəndirbaz tərəfindən nümayiş etdirilən akrobatik hərəkətlər maraqla izlənildi, çərşənbə tonqalı qalandı. Hərbi xidmət keçən əsgərlərimizin əhval-ruhiyyəsini daha da yaxşılaşdırmaq məqsədi ilə “Əsgərə məktub” layihəsi keçirildi. Tədbir çərçivəsində, müxtəlif idman yarışlarında və müsabiqələrdə fəqlənən yeniyetmə və gənclər Fəxri Fərman, diplom və təşəkkürnamələrlə təltif olundular.
Xəbəri paylaş